DÜNYA

“Twitter” bu qədər dəyərdən düşməmişdi
04 MAY
242

“Twitter” bu qədər dəyərdən düşməmişdi

2016-05-04 08:44:00

Nyu-York fond birjasında “Twitter” şirkətinin səhmlərinin qiyməti bazara çıxarıldığı 2013-cü ilin noyabr ayından bəri ən aşağı həddə düşüb. Fins.az xəbər verir ki, şirkətin 1 səhmi 3% ucuzlaşaraq  13,9 dollara satılıb. Mütəxəssislərin hesablamalarına görə, təkcə bu il “Twitter” 39%, fond bazarına çıxandan bəri isə 65% dəyərdən düşüb. Səhmlərin ucuzlaşması şirkətin maliyyə göstəricilərinin yaxşı olmaması və ondan istifadə edənlərin sayının az olması ilə izah edilir.

“Twitter” bu ilin 1-ci rübündə dövriyyəsinin 594,5 milyon dollar olduğunu açıqlayıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 36% çox olsa da, analitiklərin proqnozlarından azdır. Onlarin bu rəqəmin 607,8 milyon dollar olacağını gözləyirdilər. Şirkətin özünün proqnozu isə 590-610 milyon dollar olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272