DÜNYA

Hidrogenlə işləyən ilk tramvay
30 APREL
547

Hidrogenlə işləyən ilk tramvay

2016-04-30 13:19:00

Çində hidrogen yanacağı ilə işləyən dünyanın ilk müasir kommersiya hibrid tramvayı istehsal olunub. Fins.az xəbər verir ki, yeni tramvay ətraf mühiti çirkləndirmir, səs-küyü azdır, bərpa olunan enerji mənbələrindən istifadə edir, eləcə də yüksək effektivliyə və digər müasir üstünlüklərə malikdir.

Tramvayda maksimum enerji tutumlu batareyadan istifadə edilir. Bundan başqa, nəqliyyat vasitəsinin döşəmə hissəsi bütünlüklə aşağıda yerləşdirilib ki, bu da sərnişinlər üçün minəndə və düşəndə əlavə rahatlıq yaradır. Asanlıqla idarə olunan tramvayın salonunda yerlərin sayı müştərilərin sifarişinə görə dəyişə bilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272