DÜNYA

Siqaret satışı ilə bağlı yeni qadağa – RUSİYADA
15 APREL
740

Siqaret satışı ilə bağlı yeni qadağa – RUSİYADA

2016-04-15 19:04:00

Rusiya Dövlət Duması ölkədə siqaret satışının forması ilə bağlı yeni qadağanı nəzərdə tutan qanun layihəsini 3-cü oxunuşda qəbul edib. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, layihə hakim “Vahid Rusiya” partiyasını parlamentdə təmsil edən deputatlar tərəfindən hazırlanıb və satışa çıxarılan bir siqaret qutusunda 20 ədəddən artıq siqaretin olmasını qadağan edir.

Qanun müəllifləri bildirib ki, içinə ənənəvi siqaret qutularla müqayisədə daha çox siqaret yerləşən böyük qutular istehlakçılar üçün daha cəlbedicidir. Yəni, çünki daha çox siqaret alanda 20 ədədlik qutu ilə müqayisədə 5-10% az xərc çəkirlər. Bu isə federal büdcəyə aksiz daxilolmalarının məbləğini azaldır. Bundan başqa, siqaretin maya dəyərinin alıcılar üşün aşağı düşməsi onları daha çox siqaret çəkməyə sövq edir. Bu isə vətəndaşların sağlamlığı üçün ziyanlıdır.

Xatırladaq ki, bundan əvvəl Duma siqaret satışının müəyyən vaxtlarda məhdudlaşdırılması ilə bağlı qanun qəbul edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271