BÜDCƏ

Milli Nüvə Tədqiqatları Mərkəzinin yığılmış zərəri 7 milyon manata yaxınlaşıb
13 MAY
150

Milli Nüvə Tədqiqatları Mərkəzinin yığılmış zərəri 7 milyon manata yaxınlaşıb

2019-05-13 17:46:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5,755 milyon manat təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,5% azdır.

2018-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin uzunmüddətli aktivləri 14,1% azalaraq 5,706 milyon manat, cari aktivləri isə təxminən 45% azalaraq 48 min manat olub. 

Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri 9,3 dəfə 333 min manata çatıb, cəmi kapitalı isə 19% azalaraq 5,422 milyon manata düşüb.

Ötən il “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin gəlirləri 29 min manat (2016-cı ilə nisbətən 56,7% az), xidmətlərinin maya dəyəri 156 min manat (4,3% az), ümumi və inzibati xərcləri isə 1,983 milyon manat (26,1% çox) təşkil edib. Son nəticədə 2018-ci ildə qurumun zərəri 2,11 milyon manat olub. Bu, 2017-ci illə müqayisədə 26,4% çoxdur. Mərkəzin yığılmış zərəri isə 44,2% artaraq 6,885 milyon manata çatıb.

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır