BÜDCƏ

Prezident “Azərkosmos”a iki milyon manat ayırdı
06 FEVRAL
207

Prezident “Azərkosmos”a iki milyon manat ayırdı

2019-02-06 19:08:00

 Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb. 

Fins.az-ın məlumatına görə, sərəncam milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262