BÜDCƏ

Palata bu nazirlikdə aparılan yoxlamaları müzakirə edib
08 YANVAR
300

Palata bu nazirlikdə aparılan yoxlamaları müzakirə edib

2019-01-08 18:53:00

Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair müzakirə aparılıb.

Azərbaycan Respublikası Hesablama Palatasının (Palata) növbəti Kollegiya iclası keçirilib. Fins.az xəbər Palataya istinadən verir ki, 2019-cu ildə keçirilən ilk Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Analitik Arayış və Auditor Hesabatları müzakirə olunub:

- “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda təhlilə dair;

- Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair;

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265