BÜDCƏ

Gələn ilin büdcəsində hərbi xərclər ARTIRILIR - 3 milyard
22 OKTYABR
190

Gələn ilin büdcəsində hərbi xərclər ARTIRILIR - 3 milyard

2018-10-22 11:31:00

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş müdafiə xərclərinin həcmi məlum olub.

Fins.az xəbər verir ki, bu barədə "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 3 milyard 37 milyon manat proqnozlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 2.905.221.836 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 Eləcə də bax:2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollardan götürülür - Deputat riskdən DANIŞDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257