BÜDCƏ

Milli Məclis yeni qanun layihələri hazırlayıb
31 AVQUST
290

Milli Məclis yeni qanun layihələri hazırlayıb

2018-08-31 09:52:00

Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Fins.az-ın əldə etdiyi məlumata görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında", “Daxili qoşunlar haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Psixoloji yardım haqqında” yeni  qanun layihələrinin “Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı”na  daxil edilməsi gözlənilir.

Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253