BÜDCƏ

Azərbaycanda bu il iqtisadi amnistiya mexanizmi yaradılacaq
28 İYUN
277

Azərbaycanda bu il iqtisadi amnistiya mexanizmi yaradılacaq

2018-06-28 22:28:00

Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq.

Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, bu il dekabrın 1-dək Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsini təmin etməlidir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258