BÜDCƏ

Dövlət büdcəsinin ehtiyat fondunda yaranmış qənaət digər tədbirlərdə istifadə ediləcək
28 İYUN
116

Dövlət büdcəsinin ehtiyat fondunda yaranmış qənaət digər tədbirlərdə istifadə ediləcək

2018-06-28 10:27:00

Nazirlər Kabineti “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Fins.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270