BÜDCƏ

Neft Fondu ilin ilk 4 ayında büdcəyə nə qədər vəsait köçürüb? – MƏBLƏĞ
12 İYUN
196

Neft Fondu ilin ilk 4 ayında büdcəyə nə qədər vəsait köçürüb? – MƏBLƏĞ

2018-06-12 16:42:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 3,072 mlrd. manat vəsait köçürülüb.

Fins.az xəbər verir ki, bu, 4 ay ərzində büdcəyə daxil olmuş vəsaitin 46,4%-i deməkdir. Fond proqnoza 108,6% (280,9 mln. manat çox) əməl edib.

Hesabat dövründə büdcə daxilolmalarının 2 386,5 mln. manatını və yaxud 36,1%-ni Vergilər Nazirliyi təmin edib. Bu, proqnozdan 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 129,7 mln. manat və yaxud 5,7% çoxdur.

Dövlət Gömrük Komitəsi isə büdcə gəlirlərində 1 027,5 mln. manatlıq və yaxud 15,5% paya malik olub. Komitə proqnoza 136,8% əmək edərək büdcəyə köçürmələri illik müqayisədə 269,5 mln. manat və yaxud 35,5% artırıb.

Yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən 108,9 mln. manat vəsait daxil olub ki, bu da gəlirlərin 1,6%-i qədər olmaqla, 1 il əvvələ nisbətən 17,2 mln. manat və yaxud 18,7% çoxdur.

Hesabat dövründə sair mənbələrdən daxilolmalar isə 24,9 mln. manat təşkil edib. Bu da gəlirlərin 0,4%-i deməkdir. O cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin xətti ilə dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 3,6 mln. manat (1 il əvvələ nisbətən 0,9 mln. manat və yaxud 33,4% çox), digər xidmətlərdən isə 21,3 mln. manat (illik müqayisədə 3,9 mln. manat və yaxud 22,4% çox) vəsait daxil olub.

Xatırladaq ki, 4 ay ərzində büdcə daxilolmaları 6 619,9 mln. manat təşkil edib. Bu, mədaxil proqnozundan 4,4%, ötən ilin eyni dövründən isə 1 598,2 mln. manat və yaxud 31,8% çoxdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269