BÜDCƏ

“Petkim” kapitalını artırır
16 MAY
149

“Petkim” kapitalını artırır

2018-05-16 18:37:00

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in kapitalının 10% artırılaraq 1,65 mlrd. lirəyə çatdırılması qərara alınıb. Fins.az xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Məlumata görə, 150 mln. lirə məbləğindəki artım özəl fondlardan qarşılanacaq.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276