BÜDCƏ

Mikayıl Cabbarov: "Vergi Məcəlləsi və bir sıra qanunvericilik aktları təkmilləşdirilir"
17 APREL
310

Mikayıl Cabbarov: "Vergi Məcəlləsi və bir sıra qanunvericilik aktları təkmilləşdirilir"

2018-04-17 12:05:00

"Ölkə prezidentinin tapşırığı ilə Azərbaycanın Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb".

Fins.az xəbər verir ki, bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir: "Orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260