BÜDCƏ

Prezident fonda 6,1 milyon manat ayırıb – SƏRƏNCAM
28 MART
213

Prezident fonda 6,1 milyon manat ayırıb – SƏRƏNCAM

2018-03-28 11:37:00

Azərbaycan prezidenti İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Mənəvi Dəyərlərin Təbliği Fonduna 6,1 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279