BÜDCƏ

Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb – SİYAHI
16 MART
571

Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb – SİYAHI

2018-03-16 15:27:00

Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

 

Saxta invoysda göstərilən qiymət

Real qiymət

           Fərq

 

1

“Define” MMC

27139,49 ABŞ dollar

38770,70 ABŞ dolları

11631,2 ABŞ dolları

 

2

“Define” MMC

42040,54 ABŞ dolları

60024,2 ABŞ dolları

17983,66 ABŞ dolları

 

3

“Yumaks” MMC

29463,86 Avro

87000 Avro

57536,14 Avro

 

4

“Həsənoğlu LTD” MMC

18774,22 ABŞ dolları

54090,42 ABŞ dolları

35316,2 ABŞ dolları

 

5

“Desplazado” MMC

49155 ABŞ dolları

149249,89 ABŞ doları

100094,89 ABŞ dolları

 

6

“EPMSS Group” MMC

34476,3 ABŞ dolları

119976,56 ABŞ dolları

85500,26 ABŞ dolları

 

7

“Star-SM” MMC

   15709 ABŞ dolları

95552,8 ABŞ

dolları

79843,8 ABŞ dolları

 

8

Cəbiyev Səxavət Balaxan oğlu

38280 ABŞ dolları

69135 ABŞ dolları

30855 ABŞ dolları

 

9

“Aysberg BZ” LTD

64083 ABŞ dolları

134616 ABŞ dolları

70533 ABŞ dolları

 

10

“Ximekspress-2000” MMC

12674 ABŞ dolları

28287,28 ABŞ dolları

 15613,23 ABŞ dolları

 

11

“Ximekspress-2000” MMC

10498,4 ABŞ dolları

23695,7 ABŞ doları

13197,3 ABŞ doları

 

12

“Ximekspress-2000” MMC

 7869,7 ABŞ dolları

 

 10371 ABŞ dolları

 2501,3 ABŞ dolları

 

13

“Aqrosel” MMC

4556 ABŞ dolları

34380 ABŞ dolları

29824 ABŞ dolları

 

14

Zeynalov Həmzəağa

50634,16 Avro

153756,24 Avro

103122,08 Avro

 

15

“Neo Conseption” MMC

17372,75 Avro

34374,9 Avro

17002,15 Avro

 

16

“Biznes 2017” MMC

17492 Avro

24400 Avro

6908 Avro

 

17

“Səma İstehsalat Kommersiya”

17004,5 ABŞ dolları

28479,36 ABŞ dolları

11474,86 ABŞ dolları

 

18

“Legenda İB”

15615,97 ABŞ dolları

37865,26 ABŞ dolları

22249,29 ABŞ dolları

 

19

“Vertikal Line” MMC

8328 ABŞ dolları

30350 ABŞ dolları

22022 ABŞ dolları

 

Cədvəldən də göründüyü kimi ümumilikdə 548 min 639,99  ABŞ dolları   və 184 min 568,37  Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən  aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki  şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə  göndərilib.  Belə ki,  idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları,  "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və  ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.

Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib.  Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb,  3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC  tərəfindən  daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq   4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və"ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə  6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.
 
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödənikləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267