BÜDCƏ

68 deputatın təklifi cavablandırıldı
16 MART
1000

68 deputatın təklifi cavablandırıldı

2018-03-16 12:51:00

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

Fins.az-ın məlumatına görə, iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb:

“Ötən il ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirir.Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib, 35-ci yerə yüksəlib.

Ötən il iqtisadiyyatımızda növbəti uğurlu addım  atılıb. Azəri-Çıraq-Günəşli yatağının istifadə müddəti uzadılıb, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı da ötən il üçün xarakterik haldır.Büdcədə qeyri neft sektorunun payı artıb”.

O.Əsədov qeyd edib ki, 2017-ci ildə Milli Məclisdə parlamentarilər tərəfindən təkliflər nəzərə alınıb: "Millət vəkillərinin 68 təklifi hesabatda cavablandırılıb".

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276