BÜDCƏ

“Vergilər Nazirliyində islahatlar davam edəcək, peşəkarlara üstünlük veriləcək”
14 MART
447

“Vergilər Nazirliyində islahatlar davam edəcək, peşəkarlara üstünlük veriləcək”

2018-03-14 10:55:00

Vergilər Nazirliyinin apardığı islahatlarda vergi sistemində şəffaflığın təmin olunması, idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir.

İslahatların əsas istiqamətləri barədə məlumatların sahibkarlara və ictimaiyyətə daha dəqiq və birbaşa çatdırılması, qarşıda duran işlərin əsas hədəfləri , eləcə də vergi ödəyicilərinin fikir və rəylərinin öyrənilməsi məqsədilə nazirliyin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə martın 5-dən 9-dək silsilə görüşlər keçirilib.

Bütün ərazi vergi orqanlarında, Vergilər Nazirliyi yanında Milli Gəlirlər, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş departamentlərində açıq dialoq şəraitində keçirilmiş görüşlər zamanı əsas diqqət vergi silahatlartında həm vergi orqanlarının, həm də vergi ödəyicilərinin üzərlərinə düşən öhdəliklərə yönəldilib.

Fins.az-ın məlumatına görə, bunu martın 7-də  Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin  müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov çıxışı zamanı bildirib.

S.Ələkbərov deyib ki, ölkədə sahibkarlığa dövlət dəstəyi getdikcə güclənir.

“Vergi orqanı vergi yığımır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin edir”.

S.Ələkbərov bir daha vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinı keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə vətəndaşlıq borcunu yetirməsinə nəzarət edir.

Nazir müavini qeyd edib ki, hazırda qanunvericilyiin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri öyrənilir.

Bu prosesdə sahibkarlar vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

S.Ələkbərov insan resurslarının inkişaf etdirilməsinin nazirlik üçün starteji məqsəd daşıdığını, vergi sistemində struktur  və kadr islahatlarının davam etdirləcəyini, peşəkar kadrlara üstünlük veriləcəyini açıqlayıb.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267