BÜDCƏ

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 68% artıb
14 FEVRAL
66

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 68% artıb

2018-02-14 10:50:00

Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 mln. manat vəsaitin 362,7 mln. manatı və ya 37,8%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi sərmayənin 72,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 83,5%-i məhsul istehsalı obyektlərinin, 11%-i xidmət sahələri üzrə obyektlərin, 5,5%-i isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4%, bank kreditləri 6,7%, büdcə vəsaitləri 6,1%, əhalinin şəxsi vəsaitləri 5,2%, büdcədənkənar fondların vəsaitləri isə 0,6% təşkil edib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300