BÜDCƏ

Azərbaycanda teatr sahəsinə ayrılan vəsait 300 faiz azalıb
13 NOYABR
72

Azərbaycanda teatr sahəsinə ayrılan vəsait 300 faiz azalıb

2017-11-13 12:16:00

Milli Məclisin komitələrinin 2018-ci il üzrə dövlət büdcə zərfinin birgə müzakirəsi zamanı Azərbaycanda teatr və kino sahəsinə dövlət tərəfindən maliyyənin az ayrılmasına narazılıq ifadə olunub.

Fins.az-ın məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.
O qeyd edib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir. R. Hüseynovun sözlərinə görə, bu, zərurətdir.

Komitə sədri onu da bildirib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. O bunun bu sahəyə pis təsir edəcəyini vurğulayıb, bunun heç olmasa yenidən qismən artırılmasının vacibliyini önə çəkib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287