BÜDCƏ

Dövlət büdcəsinə 2,17 milyard manat köçürüb -DGK
08 NOYABR
113

Dövlət büdcəsinə 2,17 milyard manat köçürüb -DGK

2017-11-08 14:04:00

2017-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanin dövlət büdcəsinə 2,17 milyard manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə DGK-nın hesabatında deyilir.

Oktyabr ayında büdcəyə gömrük daxilolmaları 217 milyon manat təşkil edib. Ötən ay büdcəyə gömrük rüsumlarından 67,37 milyon manat, ƏDV – 138,18 milyon manat, aksiz – 8,54 milyon manat, yol vergisi – 2,93 milyon manat təşkil edib.

Ötən ilin oktyabr ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 18 faiz, ƏDV-dən – 17,5 faiz, aksizdən – 45,2 faiz, yol vergisindən – 17,7 faiz artıb.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsində gömrük daxilolmaları proqnozu 2,25 milyard manat təşkil edir.

© Metbuat.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287