BÜDCƏ

Nazir Samir Şərifov Siyavuş Novruzovun fikirlərinə münasibət bildirib
07 NOYABR
597

Nazir Samir Şərifov Siyavuş Novruzovun fikirlərinə münasibət bildirib

2017-11-07 14:45:00

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Fins.az-ın Report-a xəbərinə görə, S.Şərifov "Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərlə razılaşmıram" - deyib.

Qeyd edək ki, S.Novruzov Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxışında "Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır" - söyləyib.

Nazir S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.

S.Şərifov deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özümü qonaq kimi hiss etmirəm: “Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın - hakim Yeni Azərbaycan Partiyasının üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Nazir, həmçinin qeyd edib ki, Milli Məclis dövlət büdcəsinin artırılması ilə bağlı təklif irəli sürə bilər: “Belə olan halda məsələyə baxıla bilər”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287