BÜDCƏ

Azərbaycanda iqtisadi geriləmə zəifləyib
13 OKTYABR
243

Azərbaycanda iqtisadi geriləmə zəifləyib

2017-10-13 17:19:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 50 067,3 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar-avqust aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1,1% təşkil edib. Başqa sözlə, ölkədə iqtisadi geriləmə zəifləyib.

Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 1,6% azalaraq 5 149,4 manat təşkil edib.

ÜDM-in 62,57%-i və yaxud 31 327,2 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,5% çoxdur.

ÜDM-in strukturunda sənayenin payı 56,58% və yaxud 28 329,4 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 5,3% azdır. Yanvar-sentyabr aylarında ölkədə 6 704,2 mln. manatlıq qeyri-sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,1% çoxdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296