BÜDCƏ

"Vergilər Nazirliyi İT tətbiqinə görə birincidir" – PwC
13 SENTYABR
121

"Vergilər Nazirliyi İT tətbiqinə görə birincidir" – PwC

2017-09-13 14:58:00

12-13 sentyabr 2017-ci il tarixlərində PwC şirkəti Microsoft ilə birgə Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün “Blokçeyn” texnologiyaları mövzusunda seminar keçirib. PwC Qlobal Vergi İdarəetməsi üzrə Məsləhət Xidmətləri komandası və Microsoft şirkətindən olan mütəxəssislər seminar iştirakçılarına Vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanmasıiqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat vermişdir. Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər vermişdir. Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilmişdir. Seminarın proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri otuzdan artıq vergi mütəxəssisinin də iştirak etdiyi interaktiv sessiyalar təşkil etmişdir.

Texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir. Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293