BÜDCƏ

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır
08 SENTYABR
143

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

2017-09-08 12:40:00

2017-ci ilin birinci yarısında Azərbaycan Gürcüstana 224,2 mln. dollar investisiya yatırmaqla qonşu ölkənin ən iri investoru adını qoruyub

Fins.az xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 20,3% azalıb.

Cari ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalaraq 751 mln. dollar təşkil edib.

İkinci rübdə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 346,6 mln. dollar olub ki, bu da ötən ilin analoji göstəricisindən 14,3% azdır.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 36,6%-i Azərbaycanın payına düşüb. Azərbaycanla yanaşı Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk üçlüyünə Niderland (12,4%) və Türkiyə (11,3%) daxildir

Qeyd olunan dövrdə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, mehmanxana və restoranlar, energetika və daşınmaz əmlak sektorlarına yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285