BÜDCƏ

Bakının iqtisadi və sosial sahələrinin inkişafına 8 milyard manatdan çox vəsait ayrılıb
06 SENTYABR
127

Bakının iqtisadi və sosial sahələrinin inkişafına 8 milyard manatdan çox vəsait ayrılıb

2017-09-06 14:54:00

Bakının iqtisadi və sosial sahələrinin inkişafına 8 milyard manatdan çox vəsait ayrılıb.

Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası istifadəyə verilib. Həmin dövrdə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 49,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb, əsas kapitala yönəldilmiş vəsaitlərin 70,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293