BÜDCƏ

Xarici ticarətdə müsbət saldo 2 milyard dollara yaxınlaşır
10 İYUL
232

Xarici ticarətdə müsbət saldo 2 milyard dollara yaxınlaşır

2017-07-10 11:01:00

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,76% çoxdur.

Fins.az  Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına istinadən xəbər verir ki, bu  ilin ilk yarısında ölkənin idxal əməliyyatları 3 mlrd. 409 mln. 673,65 min dollar olub. Bu, 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə 15,72% azdır.

Hesabat dövründə 5 mlrd. 268 mln. 749,15 min dollarlıq ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,45% çoxdur.

Nəticədə 1 mlrd. 859 mln. 75,50 min dollar məbləğində müsbət saldo yaranıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289