BÜDCƏ

Ölkə vətəndaşları Gürcüstan banklarına müraciət edə bilərlər
10 YANVAR
914

Ölkə vətəndaşları Gürcüstan banklarına müraciət edə bilərlər

2017-01-10 17:35:00

"PwC Azerbaijan”ın Vergi Məcəlləsinə edilən dəyişiklik barədə mətbuat konfransı keçirib. Konfransda  "PwC Azərbaycan"ın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern "PwC Azerbaijan”ın vergi məsələləri üzrə baş meneceri Rizvan Qubiyev və şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyev çıxış ediblər.  Fins.az-ın verdiyi məlumata görə  şirkətin baş meneceri Rizvan Qubiyev  Azərbaycanda elektron ticarətə əlavə dəyər vergisinin (ƏDV) tətbiq olunmasının yerli kommersiya banklarının müştərilərinin azalmasına səbəb olacağını bildirib. Onun sözlərinə görə, son nəticədə ölkə vətəndaşları Gürcüstan  banklarının kartları vasitəsilə elektron ticarət əməliyyatları aparacaqlar.

R.Qubiyev həmçinin qeyd edib ki, yenilənmiş Vergi Məcəlləsi ilə vergi məsələlərinin nizamlanmasının bankların üzərinə qoyulması əlavə xərclərə səbəb olacaq.

"PwC Azerbaijan”ın vergi məsələləri üzrə direktoru Arif Quliyev isə  yeni dəyişikliklər təmsil etdiyi şirkətin müştərilərinin işinə də təsirsiz ötüşməyəcəyini bildirib. Dəyişikliklərin arasında transfer qiymətlərin tətbiq edilməsi də əsas məsələlərdən biri konsepsiyasının tətbiq edilməsidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297