BÜDCƏ

“Qeyri-neft büdcə kəsiri”nin bağlanmasında - QIZIL QAYDA
05 YANVAR
275

“Qeyri-neft büdcə kəsiri”nin bağlanmasında - QIZIL QAYDA

2017-01-05 19:57:00

 Makroiqtisadi siyasətdə müəyyən konsolidasiyanın edilməsi zərurəti yaranıb. Maliyyəçi Gəray Musayev hesab edir ki, fiskal və monetar siyasət artıq elə bir istiqamətdə qurulmalıdır ki, iqtisadi aktivlikdəki azalmanın qarşısı alınsın, tədricən iqtisadi artım bərpa olunsun və eyni zamanda, yüksək inflyasiyanın qarşısı alınsın. Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif konyuktur dövrlərində müxtəlif büdcə kəsiri yanaşmalarından (“ilkin büdcə kəsiri”, “əməliyyat kəsiri”, “cari kəsir”) istifadə olunur. Məsələn, yüksək xarici və daxili borclarla qarşılaşan ölkələrdə “ilkin büdcə kəsiri - primary budget deficit” yanaşmasını aktuallaşır. Bu zaman alınmış borclar üçün faiz ödəmələri nəzərə alınmadan büdcə gəlirləri ilə xərcləri arasında tarazlılıq qurulması, sonra isə tədricən ilkin büdcə profisitinə nail olunmaqla ümumilikdə büdcə tarazlılığının qurulması hədəflənir. Bu baxımdan, hazırkı konyukturada Azərbaycanda “qeyri-neft büdcə kəsiri” yanaşmasından istifadə edilməsi daha düzgündür. G.Musayev bildirib ki, Strateji Yol Xəritəsində də bunun əhəmiyyəti vurğulanıb. Belə ki, Strateji Yol Xəritəsində dövlət büdcəsinin xərcləri ilə qeyri-neft büdcə gəlirləri arasındakı fərqi əks etdirən “qeyri-neft büdcə kəsiri”nin “qızıl qayda” əsasında maliyyələşdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 2015-ci ildə 34,7 faiz olan “qeyri-neft büdcə kəsiri”/”qeyri-neft ÜDM” nisbətinin sonrakı illərdə mütəmadi azaldılaraq 2020-ci ildə 27,4 faizə çatdırılması planlaşdırılır. Eyni zamanda, “qızıl qayda” əsasında dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri, investisiya xərclərinin isə Dövlət Neft Fondundan edilən köçürmələr həcmində saxlanılması nəzərdə tutulur: “Bunu da maliyyə intizamının təmin edilməsi istiqamətində atılmış mühüm addım kimi qəbul etmək lazımdır. Nəticədə hazırda 50 faiz olan Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən köçürmələrin dövlət büdcəsi xərclərinə olan nisbətinin 2025-ci ildə 15 faizə qədər azaldılması nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312