BÜDCƏ

Bu publik qurumlara büdcədən pul ayrılmadı
05 YANVAR
1179

Bu publik qurumlara büdcədən pul ayrılmadı

2017-01-05 14:57:00

2017-ci ilin dövlət büdcəsindən yeni yaradılan publik hüquqi şəxslərə də vəsait ayrılıb.  Ancaq büdcə təsnifatında həmin vəsaitlərin hansı məqsədlərlə ayrılması, nəyə xərclənəcəyi barədə açıqlama verilməyib.  

Fins.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə 30 milyon manat, Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxsə  629 min 177 manat, Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsə 1 milyon 311 min 933  manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsə isə  24 milyon 12 min 800 manat büdcə vəsaiti ayrılacaq.

Ancaq bu siyahıda 2 qurumun – Dövlət İmtahan Mərkəzi (DİM) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) adı yoxdur. Başqa sözlə, 2017-ci ildə bu publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsait ayrılmayacaq. Bu o deməkdir ki, DİM və MBNP öz gəlirləri hesabına idarəetməni təmin edəcəklər.

Ekspertlər hesab edirlər ki, Palatanın nəzarətində olan maliyyə qurumlarından gəlirləri kifayət qədər  olduğu üçün qurumun xərclərində problemi olmayacaq. Ancaq DİM-in saxlanılmasında, ən azı əmək haqlarının ödənilməsində problemlər yaşana bilər. Ona görə də Mərkəz imtahanların, xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının pullu olması qaçılmazdır. Digər dövlət qulluğu imtahanlarının da ödənişli olması gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286