BÜDCƏ

VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq
30 DEKABR 2016
1652

VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq

2016-12-30 09:34:00

“Həm sadələşdirilmiş vergi ödəyiciləri, həm də Əlavə Dəyər Vergisinin ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar”.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib. 

O şərhinə belə davam edib: “Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə Dəyər Vergisi də  ümumi dövriyyədən hesablanır. Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılıması vergiyə cəlb edilir. Burada tamamailə fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa mənbədə 1% vergiyə cəlb olunacaqdır. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir”.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289