BÜDCƏ

10 faizlik vergi kimlərə şamil olunur?
14 DEKABR 2016
1732

10 faizlik vergi kimlərə şamil olunur?

2016-12-14 14:42:00

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10%-i miqdarında ödəmə mənbəyində vergi tutacaq.

Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik layihəsinin 125.1-ci maddəsinə 1-ci maddə əlavə edilir.

Qeyd edək ki, qanun layihəsi bu gün MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub.

Xatırladaq ki, Məcəlləyə ümumilikdə 201 dəyişikliyin edilməsu nəzərdə tutulur. Bu, inzibati təkmilləşdirmə, uçot sistemi, vergi-hüquq qanunvericiliyi, vergi yükünün azaldılması və s. məsələləri əhatə edir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256