BÜDCƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xaricidəki nümayəndəlikləri ləğv edildi
01 DEKABR
113

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xaricidəki nümayəndəlikləri ləğv edildi

2016-12-01 09:44:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Türkmənistandakı nümayəndəlikləri ləğv edilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda “ACSC logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Dənizçi” mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. “Zığ” Quru Yük Limanı və “İnflot” Dəniz Agentliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271