BÜDCƏ

Hökumət AZAL-a yardım ayiracaq
26 NOYABR
501

Hökumət AZAL-a yardım ayiracaq

2016-11-26 13:33:00

“Azərbaycan Hava Yolları” QSC-yə  2017-ci ildə dövlət büdcəsindən 10 milyon 10,0 min manat subsidiya ayrılması nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin büdcəsinin icrasından 933,0 min manat və ya 10,3% çox, cari ilin təsdiq edilmiş büdcəsinin müvafiq göstəricisinə bərabərdir.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

“Dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə qalması ilə bağlı dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiyanın azaldılmaması güzəştdən istifadə edənlərin statusu, sosial müdafiəsi, habelə Naxçıvan MR-nın iqtisadi blokada şəraitində olması ilə əlaqədar olaraq qeyd edilən məqsədlərə aviabiletlərin güzəştli qiymətlə satışının zəruriliyi ilə bağlı olub”, – məlumatda qeyd olunub.

2017-ci ilin layihəsində “Azərbaycan Hava Yolları” QSC üzrə vəsait tam məbləğdə iqtisadi təsnifatın “Subsidiyalar və cari transfertlər” bölməsində proqnozlaşdırılıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılan bu subsidiya Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan MR-ə həyata keçirilən aviareyslər üzrə aviabiletlərin güzəştli qiymətlərlə satışından hava nəqliyyatının sərnişin daşımalarında yaranan zərərin ödənilməsi üçündür.

 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272