BÜDCƏ

Dövlət televiziyalarına ayrılan məbləğ azaldıldı – MƏBLƏĞ
25 NOYABR
272

Dövlət televiziyalarına ayrılan məbləğ azaldıldı – MƏBLƏĞ

2016-11-25 10:59:00

2017-ci ilə dövlət televiziyasının müdcəsi bu ilkindən az olacaq. Fins.az-ın məlumatına görə, hazırda büdcədən iki TV-yə AzTV və İctimai TV-yə vəsait ayrılır. 

2017-də büdcədən maliyyə ayrılan TV-lərin hər birinin vəsaiti 2016-cı illə müqayisədə təxminən 4 milyon manat azalacaq. İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZtv-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata endirilir. 

QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq və 2016 üçün nəzərdə tutulan 6.5 mln. manatdan 5 mln. manata qədər azaldılır. Bununla yanaşı, KİV-ə Dəstək Fondunun büdcəsi dəyişmir - təxminən 4 mln. manat səviyyəsində saxlanır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272