BÜDCƏ

Azərbaycana “təcili ehtiyaclar” üçün 500 milyon dollar ayrılacaq
16 NOYABR
940

Azərbaycana “təcili ehtiyaclar” üçün 500 milyon dollar ayrılacaq

2016-11-16 00:34:00

Asiya İnkişaf Bankının İdarə Heyəti Direktorlar Şurasına Azərbaycana 500 milyon dollar ayrılması üçün müraciət edib.

Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bildirib.

“Hökumət bu il Asiya İnkişaf Bankına müraciət etmişdir. Biz müraciəti qiymətləndiririk. Biz təklif hazırlayıb Direktorlar Şurasına təklif etmişik. Təklifdə, 500 milyon dollar həcmində vəsaitin təsdiq edilməsini Şuradan xahiş edirik. Ümid edirik ki, Şura bu məbləği təsdiq edəcəkdir. Bu vəsait hökumətə təcili ehtiyacların təmin edilməsi üçün nəzərdə tutulan vəsaitdir. Vəsait sosial müdafiə, diversifikasiya,  iş yerlərinin açılması – bu kimi işlərə sərf olunacaqdır. Hazırkı mərhələdə detallı cavab verə bilməyəcəm”,- o deyib.
 
Mənbə: marja.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272