BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 3,7% azalıb
15 NOYABR
131

Azərbaycan iqtisadiyyatı 3,7% azalıb

2016-11-15 17:14:00

2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4% azalması olub. Əlavə dəyərin 37,6%-i sənayedə, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,4%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 111,6 manata bərabər olub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272