BÜDCƏ

DTX Astara sərhəd gömrüyündə əməliyyat keçirib - 4 GÖMRÜKÇÜ SAXLANIB
15 NOYABR
1133

DTX Astara sərhəd gömrüyündə əməliyyat keçirib - 4 GÖMRÜKÇÜ SAXLANIB

2016-11-15 12:57:00

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.

Fins.az-ın xəbərinə görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.

A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.

Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.

A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275