BÜDCƏ

Neft Fondu 460 milyon zərərə düşdü – SƏBƏBLƏR
02 NOYABR
934

Neft Fondu 460 milyon zərərə düşdü – SƏBƏBLƏR

2016-11-02 15:40:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin oktyabr ayında investisiya portfelində yer alan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 460 mln. ABŞ dolları məbləğində zərər edib. 

Report xəbər verir ki, ən çox zərər avronun dollarla müqayisədə ucuzlaşması səbəbindən yaranıb. Belə ki, USD/EUR məzənnəsinin düşməsi ARDNF-in 278 mln. dollardan çox zərər etməsinə səbəb olub. Fondun zərər etdiyi aktivlər arasında 2-ci sıranı Britaniya funtu tutur. Bu valyutada aktivlər 93 mln. dollara yaxın zərərə səbəb olub. Üçüncü sırada isə qızıl aktivləri gəlir ki, burada Fondun zərəri 40,5 mln. dollara yaxındır. Yaponiya yenində zərər 11,6 mln. dollar, Türkiyə lirəsində 12,1 mln. dollar, Koreya vonunda 12,3 mln. dollar, Çin yuanında 7,3 mln. dollar, Rusiya rublunda 3,3 mln. dollar, Avstraliya dollarında isə 1,4 mln. dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272