BÜDCƏ

Bu il Azərbayanda iqtisadi geriləmə olacaq
24 OKTYABR
268

Bu il Azərbayanda iqtisadi geriləmə olacaq

2016-10-24 09:52:00

Azərbaycan hökuməti 2016-cı ildə iqtisadi artımla bağlı proqnozlarını köklü surətdə dəyişib. Fins.az-ın «Reuters» agentliyinə istinadən məlumatına görə, hökumət 2016-cı ildə 1, 8 faiz iqtisadi artım proqnozlaşdırdığı halda sonradan bu proqnozu dəyişərək 2, 8 faiz iqtisadi geriləmə olacağını rəsmən təsdiq edib.

Xəbərdə deyilir ki, Azərbaycan hökumətinin bundan əvvəlki nikbin proqnozlarını ciddi beynəlxalq maliyyə təsisatları onsuz da bölüşürmürdülər və əksinə 3, 9 faiz geriləmə proqnozlaşdırırdılar.

«Reuters»in suallarına cavab verən İqtisadiyyat Nazirliyi bildirib ki, geriləməyə mürəkkəb beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.

Nazirlik izah edib ki, 1, 8 faiz artım proqnozu 2015-ci ilkdə Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətini bir barrel üçün 64 dollar olaraq proqnozlaşdıranda verilmişdi.

Reuters yazır ki, neft və qaz gəlirləri Azərbaycanın büdcə gəlirinin 75 faizini və ÜDM-in 45 faizini təşkil edir: «Təbiidir ki, belə şəraitdə neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmalı idi»-deyə agentlik bildirir.

Bu prosesə cavab olaraq Azərbaycan bu ilin büdcəsində neftin qiymətini bir barrel üçün 25 dollardan götürüb və manatı tənzimlənən üzən məzənnəyə buraxıb.

BVF bu il Azərbaycanda ÜDM-in 2, 4 faiz azalacağını proqnozlaşdırıb, Avropa İnkişaf və Yenidənqurma Bankının proqnozu isə mənfi 3 faizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275