BÜDCƏ

Vergidən yayınan 35 nəfər həbs olunub
12 OKTYABR
381

Vergidən yayınan 35 nəfər həbs olunub

2016-10-12 11:31:00

Azərbaycanda vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunan 35 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinə təhvil verilib. Nazirlikdən fins.az-a verilən xəbərə görə, ibtidai istintaqdan yayınan 274 şəxsin məcburi qaydada gətirilməsi, 504 şəxsin tapılaraq istintaqa gəlmələri, 591 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 120 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.

2016-cı ilin 9 ayı ərzində vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 339 cinayət işi başlanıb. Vergilər Nazirliyindən bildiriblər ki, aparılan araşdırmalar zamanı həmin işlər üzrə 54 milyon 14 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Qeyd edək ki, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon 751 min manat çoxdur. Bu müddətdə 175 cinayət işinə xitam verilib. Onların büdcədən yayındırdığı vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə həmin işlərin icraatı dayandırılıb.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində 719 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 95 iş üzrə 109 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274