BÜDCƏ

Bağça və Uşaq Evləri İdarəsində mənimsəmə faktı aşkarlanıb
07 SENTYABR
204

Bağça və Uşaq Evləri İdarəsində mənimsəmə faktı aşkarlanıb

2016-09-07 15:15:00

Hesablama Palatası Bakı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətində pozuntular aşkarlayıb. Bu barədə Palatanın saytında məlumat verilir.

“Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.

İdarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2016-cı ildə 40627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 uşaq cəlb olunub. Məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971 vahid qrup yaradılıb ki, bu da məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialının 92,3%-i deməkdir.

"Audit zamanı müəyyən edilib ki, bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edilib, artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb. Bundan başqa, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara, müvafiq normativ-hüquqi aktların pozuntusuna yol verilib", - deyə məlumatda qeyd olunur.*

Mənbə: interfax.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275