BÜDCƏ

Vergidən yayınanlar haqda xəbər ver – NAZİRLİKDƏN MÜKAFAT AL
31 AVQUST
409

Vergidən yayınanlar haqda xəbər ver – NAZİRLİKDƏN MÜKAFAT AL

2016-08-31 10:34:00

Vergidən yayınanlar barədə Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafatlandırılacaqlar. Bu, nazirliyin yeni həyata keçirməyə hazırlaşdığı ictimai məlumatlandırma adlanan mexanizmin tətbiqi ilə reallaşacaq.

Fins.az xəbər verir ki, Vergilər Nazirliyinin Strateji Araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fərid Nəbilinin xezerxeber-ə verdiyi məlumata görə, vergidən yayınma hallarına görə xəbər verən şəxslərin mükafatlandırılması onların verdiyi xəbərin önəmindən asılı olacaq.

Nazirliyin şöbə müdirinin sözlərinə görə, mükafatın məbləği kifayət qədər yüksək olacaq.

Məlumatların nazirliyə çatdırılmasında isə ənənəvi və yeni olmaqla bütün əlaqə formalarından istifadə ediləcək.

Vergi ilə bağlı müraciət edən şəxslərin müraciətinə 30-60 gün ərzində baxılması planlaşdırılır. Nazirlik rəsmisinin sözlərinə görə, mexanizmin təfərrüatları dəqiqləşəndən sonra onun tətbiqinə başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272