BÜDCƏ

Elektron ticarətdən vergi tutulacaq
10 AVQUST
424

Elektron ticarətdən vergi tutulacaq

2016-08-10 12:23:00

Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq. 

Fins.az-ın məlumatına görə, bunu bu gün Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixi Sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin  müavini İlkin Vəliyev bildirib 

Onun sözlərinə görə, artıq gələn ildən  elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər: “Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275