BÜDCƏ

Vergidən yayınmanı xəbər verənlər mükafat alacaqlar - YENİLİK
05 AVQUST
2722

Vergidən yayınmanı xəbər verənlər mükafat alacaqlar - YENİLİK

2016-08-05 15:25:00

Azərbaycanda vergi pozuntularının qarşısını almaq üçün ictimai məlumatlandırma sistemi tətbiq olunacaq. Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub.

Sərəncamda deyilir ki, ölkədə vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma («Whistleblow») mexanizmi hazırlanacaq. Qeyd edək ki, adı çəkilən mexanizm dünyanın müxtəlif ölkələrində tətbiq edilir.

«Whistleblow» (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat verməyə deyilir. «Whistleblower» isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də «informatior» adlanırlar. Bu üsul pozuntuların aşkar edilməsi, o cümlədən vergidən yayınmanın qarşısını almaq üçün ən effektiv mexanizmlərdən sayılır.

Bir qayda olaraq belə şəxslər pozuntunun baş verdiyi təşkilatlarda çalışanlar və ya həmin təşkilatlar barədə məlumatı olanlardır. «Whistleblow» mexanizmi bəzi ölkələrdə, o cümlədən ABŞ-da da tətbiq olunur. Burada informatorlar nəinki hökumətə pozuntular barədə məlumat verir, onlar hətta müxtəlif təşkilatlar tərəfindən vəsaitlərin məqsədsiz və səmərəsiz xərclənməsinə görə, məhkəmədə onlara qarşı iddia da qaldıra bilərlər. Belə hallarda pozuntuya yol verən şəxsdən alınan vəsaitin bir hissəsi mükafat kimi informatora çatır.

Qeyd edək ki, bir çox hallara şirkətdə baş verən qanunsuzluqları aşkara çıxaran adamlar şirkətə xəyanət etmiş hesab edilirlər.  Şirkət rəhbərləri belə adamları “xain”, “xəbərçi” və ya “problem çıxaran” adlandırırlar. Beynəlxaq təcrübədə isə tam əksinə, o adam cəmiyyətdə "nümunəvi vətəndaş" kimi qəbul olunur. Lakin belə adamların başqa şirkətlərdə yenidən iş tapması çox çətin olur. Buna görə, yaradılacaq mexanizm ilə işsiz qalacaq belə “xainlərin” sosial təminatı da həll olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274