BÜDCƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-nin nizamnamə kapitalı artdı
04 AVQUST
120

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-nin nizamnamə kapitalı artdı

2016-08-04 09:07:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq  edilməsi  barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb. 

İndiyə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı 383420621 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383420621 ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı artırılaraq 440050998 manata və nominal dəyəri 1 manat olan 440050998 ədəd adi səhmə çatdırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272