BÜDCƏ

"Enerji tarifinə görə qiymətlər cüzi arta bilər" - AÇIQLAMA
15 İYUL
412

"Enerji tarifinə görə qiymətlər cüzi arta bilər" - AÇIQLAMA

2016-07-15 12:01:00

Elektrik enerjisində qiymət artımı digər sahələrə də təsir edəcək.

“Ümumiyyətlə, tarif tənzimlənməsi özü çevik bir prosesdir. Tarif Şurası həm də kollegial bir qurumdur. Bura daxil olan iqtisadi əsaslandırılmış müraciətlər Tarif Şurasının Katibliyi tərəfindən araşdırılıb öyrənilir. 

Ancaq hazırda Tarif Şurasının gündəliyində digər sahələr üzrə tarif dəyişikliyinin aparılması ilə bağlı məsələ müzakirə edilmir”. 

Fins.az Oxu.az-a  istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyev bildirib. 

O, həmçinin işığın qiymətinin artmasının benzin, çörək, ümumiyyətlə, neft məshullarının gələcək qiymətinə təsirindən də danışıb: “Ümumiyyətlə, elektrik enerjisi demək olar ki, bütün sahələrdə istifadə olunan məhsuldur. Ona görə, yalnız bura kiçik təsirlərdən söhbət gedə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272