BÜDCƏ

​"Asan İmza"lar dəyişdiriləcək - Vergilər Nazirliyindən xəbərdarlıq
04 İYUL
497

​"Asan İmza"lar dəyişdiriləcək - Vergilər Nazirliyindən xəbərdarlıq

2016-07-04 13:27:00

Azərbaycan Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi vergi ödəyicilərinə müraciət edib. Fins.az xəbər verir ki, müraciətdə 2013-cü ilin iyulunda ilk Asan İmza sertifikatı almış vergi ödəyicilərinin bu sertifikatları yeniləməli olduğu bildirilir.

Məlumatda deyilir ki, Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan, 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin iyul ayında bitir. Yeni Asan İmza sertifikatı almaq üçün "ASAN Xidmət" mərkəzlərinə və ya Nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

Qeyd edək ki, Vergilər Nazirliyinin qərarı əsasında yaradılan Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) 2013-cü il iyunun 19-dan fəaliyyət göstərir. Həmin ay vergi ödəyicilərinə 2 500-dək Asan İmza sertifikatı verilib. Ümumilikdə isə 2013-cü ildə 3 444, bu günə qədər isə 54 374 Asan İmza sertifikatı təqdim olunub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270