BÜDCƏ

«Yalnız vergidən yayınanları yoxlayırıq» - NAZİR MÜAVİNİ
29 İYUN
365

«Yalnız vergidən yayınanları yoxlayırıq» - NAZİR MÜAVİNİ

2016-06-29 16:59:00

Son bir il ərzində Vergilər Nazirliyi tərəfindən sahibkrlıq subyektlərində aparılan yoxlamalar kəskin azalıb. Fins.az-ın məlumatına görə, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev «Caspian European Club»un təşkilatçılığı ilə keçirilən biznes forumda sahibkarlarla görüşdə bildirib. Onun sözlərinə görə, ötən ildən kiçik və orta sahibkarlıq subyektlərində demək olar ki, yoxlamalar aparılmır: «2015-ci ilin 5 ayı ilə müqayisədə bu ilin eyni dövründə Vergilər Nazirliyinin sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı apardığı yoxlamaların sayı 2 dəfə azalıb».

Bununla yanaşı, nazir müavini bildirib ki, yoxlamaların azalması vergidən yayınmalarla bağlı mübarizənin dayanması deyil: «Amma bu o demək deyil ki, Vergilər Nazirliyi tərəfindən yoxlamalar tam olaraq keçirilməyəcək. Bütün ödəyicilərdə deyil, kimdə vergidən yayınma halı varsa, həmin vergi ödəyicilərində yoxlamalar keçirilməsi planlaşdırılır. Ancaq yenə də ötən illə müqayisədə yoxlamaların sayı əhəmiyyətli dərəcədə az olacaq».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272