BÜDCƏ

Vergidən yayınanları kompüter tapacaq – YENİLİK
08 İYUN
377

Vergidən yayınanları kompüter tapacaq – YENİLİK

2016-06-08 15:51:00

Azərbaycanda vergidən yayınanların aşkar edərək üzə çıxarılması və vergiyə cəlb edilməsi ilə bağlı yeni üsul tətbiq ediləcək. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

Onun sözlərinə görə, vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün Vergilər Nazirliyi tərəfindən hazırlanmış yeni proqram təminatı yaxın zamanlarda istifadəyə veriləcək: «Bu yeni proqram təminatı vasitəsi ilə vergidən yayınan vergi ödəyiciləri müəyyənləşdirilərkən avtomatik olaraq vergi nəzarətinin növü də seçiləcək».

İdarə rəisi bildirib ki, yeni metod vergi ödəyicilərinə təyin ediləcək yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasına, vaxt itkisinin qarşısının alınmasına kömək etməklə yanaşı vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar edilməsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272