BÜDCƏ

Kənd təsərrüfatına pul ayrılması üçün görüş keçiriləcək
03 İYUN
121

Kənd təsərrüfatına pul ayrılması üçün görüş keçiriləcək

2016-06-03 10:41:00

Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək.

Fins.az xəbər verirki, iyunun 6-da Bakı Biznes Mərkəzində keçiriləcək  tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunur.

Görüşdə Dünya Bankı, İslam İnkişaf Bankı, ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (USAID), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EIB), BMT İnkişaf Proqramı (UNDP), Amerika Ticarət Palatası (AMCHAM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi 20-dən çox beynəlxalq təşkilat və birlik təmsilçilərinin, 10-a yaxın xarici ölkə səfirinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin qatılacağı gözlənilir.

Donor Əlaqələndirmə Görüşünün keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, aqrar sahədə mövcud trendləri müzakirə etmək, gələcək əməkdaşlıqların istiqamətini müəyyənləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271